Sabiq nazirin sabiq müavini:<b> “Mənə bir qəpik də pul vermədilər”</b> - <span style="color:red;">MƏHKƏMƏ ZALINDAN
30 oktyabr 2015 12:40 (UTC +04:00)

Sabiq nazirin sabiq müavini: “Mənə bir qəpik də pul vermədilər” - MƏHKƏMƏ ZALINDAN

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olan Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Müdafiə Nazirliyinin layihə - smeta bölməsinin rəhbəri Nəriman Niftəliyev ifadə verib. O, ifadəsində Mehman Səlimovu tanıdığı bildirib: "Nazir müavinimiz olub, şəxsi tanışlığımız olmayıb. 2008 - ci ildən  "STŞ"MMC rəhbəri Mehman müəllimə məxsus obyektlərdə təmir tikinti işləri aparırdı. Bununla əlaqədar bir neçə dəfə onunla görüşmüşdüm. Mehman müəllim məndən planlaşdırılmış tikinti obyektlərinin layihələndirilməsində köməklik istəmişdi."

 

Bundan sonra şahid prokurorun suallarını cavablandırıb. O bildirib ki,  "STŞ"MMC  2 binada təmir işləri, 4 binada isə tikinti işləri aparıb: "Bu binalarda nazirliyin sifarişi ilə tikilib. O işlərlə nazirliyinin Əsaslı Təmir Tikinti İdarəsi məşğul olub. Təmir işləri məndən əvvəl hərbi şəhərcikdə olub".

 

Mehman Səlimov çıxışında layihə-smeta işləri üçün 40 min manatlıq "Forma 2" yazıldığını qeyd edib: " Həmin layihəni çəkən firmalar deyirlər ki, 8 min pul almışıq. Halbuki ora-bura verə-verə 40 min pul xərcləmişəm. Özləri də yaxşı bilir. İndi mənə deyirlər ki, 32 mini mənimsəmisən".

 

Sabiq nazir müavini çıxışında onu da bildirib ki, iki eyni həcmdə bina tikib. " Bir binanı 350 min manat, birinisə isə 740 min manat dəyərləndiriblər. Necə oldu ki, hər ikisi eyni binadır. Onların hər ikisi əsaslı təmir olunub. Bu suallarıma cavab versinlər. Hələ birinci binanı təhvil verəndən sonra dam örtüyü uçdu. Mən öz vəsaitimlə  bərpa elədim. Buna görə, mənə bir qəpikdə pul vermədilər".

 

Hakim Zeynal Ağayev cinayət işi üzrə adları hallanan şahidlərin məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar çıxarılacağını bildirib. O, həmçinin bu barədə Müdafiə  Nazirliyinə və  qərargah rəisinə müraciət ünvanlayacaqlarını qeyd edib.

Məhkəmə noyabrın 6-da davam edəcək

 

 Qeyd edək ki, Mehman Səlimov ötən ilin noyabrında həbs olunub. O, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi ilə bağlı məsuliyyətə cəlb edilib. Mehman Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və onun barəsində həbs-qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 512

Oxşar yazılar