<b>Sabah Azərbaycana dolu yağacaq</b>
06 iyun 2016 12:18 (UTC +04:00)

Sabah Azərbaycana dolu yağacaq

0

İyulun 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Abşeron yarımadasında gecə  17-21, gündüz 24-29 dərəcə isti olacaq. Bakıda gecə 18-20, gündüz 26-28 isti olacağı gözlənilir.

 

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dolu düşəcəyi  ehtimalı var. Havanın temperaturu gecə 14-19, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 15-20  dərəcə olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 421

Oxşar yazılar