Polis gücləndirilmiş iş rejiminə keçdi
22 dekabr 2014 14:38 (UTC +04:00)

Polis gücləndirilmiş iş rejiminə keçdi

0

 

Azərbaycan polisi bu gündən gücləndirilmiş iş rejiminə keçib.


 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, sabah Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar polis dekabrın 22-dən 25-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq. Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.

 

Qeyd edək ki, dekabrın 23-ü Azərbaycanda bələdiyyə seçkiləri günüdür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 327

Oxşar yazılar