Saatlıda və Bakıda yanğın
17 sentyabr 2016 09:45 (UTC +04:00)

Saatlıda və Bakıda yanğın

0

 

 

Saatlı rayonu, Musalı kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus bir dam altında tikilmiş ümumi sahəsi 120 m2 olan tikilinin yanar konstruksiyaları və qamışdan ibarət dam örtüyü yanıb. Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, bitişik mağaza yanğından mühafizə olunub.

 

Bakının Nəsimi rayonunda da yanğın baş verib. İkimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində yaşayan, vətəndaşa məxsus ümumi sahəsi 125 m2 olan 5 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 383

Oxşar yazılar