Respublikada 2 gündə 188 cinayət faktı qeydə alınıb - <span style="color:red;">RƏSMİ
28 may 2018 16:00 (UTC +04:00)

Respublikada 2 gündə 188 cinayət faktı qeydə alınıb - RƏSMİ

0

Respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 188 cinayət faktı qeydə alınıb.

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, bunlardan 40-ı “isti izlər”lə açılıb. Bundan başqa əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin edilib.

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 16 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 420

Oxşar yazılar