Müəllim yanına gedən şagird qətlə yetirildi - <span style="color:red;">Qazaxda
23 sentyabr 2016 18:17 (UTC +04:00)

Müəllim yanına gedən şagird qətlə yetirildi - Qazaxda

0

Qazaxda 16 yaşlı oğlan qətlə yetirilib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Qazax şəhərində qeydə alınıb.

 

Rayonun Dəmirçilər kənd sakini, 2000-ci il təvəllüdlü Taleh Bayramoğlu müəllim yanına hazırlığa gedərkən öz yaşında olan yeniyetmə tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

 

Qazax rayon Polis Şöbəsindən verilən məlumata görə, qətli törədən yeniyetmə artıq saxlanılıb.

 

Fakt üzrə Qazax rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 457

Oxşar yazılar