Rəfiqəsini öldürən qadına 13 İL HƏBS
0
0
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Nailə Apayevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə N. Apayeva 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il iyunun 18-də N. Apayeva münaqişə zəminində rəfiqəsi Lalə Vəliyevanı küt alətlə vuraraq qətlə yetirib.
0
0