Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri barədə həbs <span style="color:red;">QƏRARI
29 oktyabr 2015 13:17 (UTC +04:00)

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri barədə həbs QƏRARI

0

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) aparat rəhbəri Vidadi Zeynalov həbs olunub.

 

APA-nın məlumatına görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə V. Zeynalov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

V. Zeynalovun vəzifəsindən azad olunması barədə də artıq əmr imzalanıb.

 

Qeyd edək ki, V. Zeynalovun həbsinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovun fəaliyyəti ilə əlaqəli olduğu bildirilir.

 

B. Hüseynov da işdən çıxarılaraq, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

 

Bir müddət əvvəl V. Zeynalovun saxlanılması barədə məlumatlar yayılıb.

 

RYTN-də çalışan daha bir neçə yüksək vəzifəli şəxsin saxlanılması barədə də məlumatlar var.



 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 239

Oxşar yazılar