Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnaməsi və strukturu təsdiq edilib
19 iyun 2014 20:13 (UTC +04:00)

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnaməsi və strukturu təsdiq edilib

0

Prezident İlham Əliyev Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” fərmanının ləğv edilməsi haqqında fərman verib.

 

APA-nın verdiyi məlumata görə, fərmana əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnaməsi və strukturu təsdiq edilib.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi aparatının işçilərinin say həddi 107 ştat vahidi, nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun işçilərinin say həddi 12 ştat vahidi, nazirlik yanında Elektron Təhlükəsizlik Mərkəzinin işçilərinin say həddi 18 ştat vahidi müəyyən edilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bazasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə”  fərmanı ləğv edilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1052

Oxşar yazılar