Qonşunun qızını qaçıran gənc özünü öldürdü - GORANBOYDA
11 sentyabr 2016 17:49 (UTC +04:00)

Qonşunun qızını qaçıran gənc özünü öldürdü - GORANBOYDA

0

Goranboyda intihar hadisəsi qeydə alınıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Veyisli qəsəbəsində baş verib.Kəlbəcər rayonundan olan məcburi köçkün, Veyisli qəsəbəsində məskunlaşan 1991-ci il təvəllüdlü Rəsul Yaşa oğlu Hüseynzadə qəsəbənin yaxınlığındakı meşədə özünü asaraq intihar edib.

 

Məlumata görə, R. Hüseynzadə ailə qurmaq üçün qonşuluqda yaşayan, yetkinlik yaşına çatmamış qızı qaçırıb. Ailələr arasında yaranan narazılığı həll etmək üçün Goranboy rayon Polis Şöbəsinə müraciət olunub. Şöbəyə çağırılan R. Hüseynzadə bir gün sonra meşədə özünü asaraq intihar edib.

 

Faktla bağlı Xocalı rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 484

Oxşar yazılar