Bakıda soyğunçuluğa cəhd göstərmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 2-də Nəsimi rayonu ərazisində yaşayan Rüstəm İsmailin evinə gəlmiş qonağı Şəki rayon sakini Nicat Zeynallı ona məxsus 727 ABŞ dolları və 300 manat pulu açıq talama yolu ilə aparmağa cəhd göstərib.
Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Zeynallı tutulub.