"Həmin vaxt uşağın ürəyi dayanıb" - Əməliyyatda ölən Seymurun həkimi <span style="color:red;">DANIŞDI
11 iyul 2017 13:36 (UTC +04:00)

"Həmin vaxt uşağın ürəyi dayanıb" - Əməliyyatda ölən Seymurun həkimi DANIŞDI

0

 

 

Ağdaş Mərkəzi Rayon Xəstəxanasında azyaşlının ölümünün ilkin səbəbi məlum olub.

 

Xəstəxananın cərrah həkimi İdris Əliyev APA-ya deyib ki, Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ qolunun said sümüyünün sınığı diaqnozu ilə Ağdaş Mərkəzi rayon Xəstəxanasına gətirilib. Uşağın qolu 28 gün əvvəl sınıb, valideynləri bununla bağlı həkimə müraciət etməyib, travmatoloji yardım almayıb. Onun qolu ara həkimin köməyi ilə səhv müalicə olunub.

 

“Qolun ağrıdığı üçün valideynləri onu Ağdaş rayon Mərkəzi Xəstəxanasına gətirərək rentgen müayinəsindən keçiriblər və xəstənin qolunda cərrahiyyə əməliyyatının aparılması məsləhət görülüb. İyulun 10-da xəstəxanaya daxil olan uşağın əməliyyata hazırlanması prosesi başlayıb, bir neçə sahə üzrə müayinələr aparılıb və narkoz vurulub. Saat 16:00-da cərrahiyyə əməliyyatı başlanmalı olduğu halda icra edilə bilməyib. Həmin vaxt uşağın halı pisləşib və ürəkdayanması baş verib. Bir saat yarım bütün reanimasion tədbirlər görülməsinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb. Hadisə cərrahiyyə blokunda baş verib, lakin uşaq cərrah həkimin əməliyyata başlamasından öncə, yəni ümumi keyitmə zamanı dünyasını dəyişib”.

 

İdris Əliyevin sözlərinə görə, ölümə keyitmə zamanı istifadə olunan hansısa preparat səbəb olub və bunu ekspertiza müəyyənləşdirəcək.

 

“Narkoz prosesində primidikasiya olunduqdan sonra müxtəlif preparatların silsilə şəkildə bədənə yeridilməsi işləri görülüb. Həmin preparatların hansısa biri bronxospazm, ürək dayanması, anaflaktik şok hallarına səbəb ola bilər. Bu hadisə prosedur qaydada narkozun fəsadı kimi qeydə alınıb. Narkoz insanın həyatına son qoya bilər. Bu hadisədə cərrah həkim kimi məni günahlandırmaq düzgün deyil. Xəstə ümumi keyitmə prosesində dünyasını dəyişib və ona cərrahiyyə əməliyyatı tətbiq etmək mümkün olmayıb” – deyə, o əlavə edib.

 

Uşağa narkoz vermiş həkim Nizaməddin Məsimov hadisədən sarsıldığı üçün açıqlama verə bilməyəcəyini deyib.

 

 

 

***
 
 
 
10:55
 
 
Ağdaş Mərkəzi Rayon Xəstəxanasında baş verən ölüm hadisəsi ilə bağlı araşdırma başlanıb. 
 
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Lent.az-a bildirib ki, hazırda faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ölümün baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib.

 

 
S.Əhmədova onu da qeyd edib ki, ölüm halı Səhiyyə Nazirliyinin Uşaq  və yeniyetmələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması və ölüm hadisələrin araşdırması üzrə Komissiyası tərəfindən də araşdırılacaq.
 
 
Həmin Komissiyanın sədri, respublikanın baş pediatrı Nəsib Quliyev Lent.az-a açıqlamasında bildirib ki, ilkin məlumata görə, həmin uşaqda anafilaktik şok yaşanıb: “Buna da anestezik məqsədlə istifadə edilən dərman vasitələri səbəb olub. Amma materiallar tam araşdırılmamış dəqiq nə isə demək olmur. Hər bir uşaq ölümü istənilən halda faciədir. Hazırda xəstəxanadan uşağa məxsus sənədlərin göndərilməsini istəmişik. Xəstəliyin diaqnozu, hadisənin gedişi, baş vermə tarixinin qeyd edildiyi materiallar Komissiyaya daxil olduqdan sonra iclas keçiriləcək. Hazırda Komissiyamız tərəfindən araşdırma aparılır. Sənədlər gətirilsin, bu gün iclas keçiriləcək və gerçək səbəblər bilinəcək”. 
 
 

 

***

09:46

 

Ağdaş Mərkəzi Rayon Xəstəxanasında ölüm hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib. Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb.

 

Xəstəxanadan məlumat təsdiqlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 679

Oxşar yazılar