Bakıda qohumunun evindən pul oğurlamış qadın tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 11-də Bakı şəhər sakini Samir Vəlimətovun evindən 950 manat və qızıl əşyalar oğurlamış qohumu Elnurə Məmmədova tutulub.
Araşdırma aparılır.