Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirli bilinən Vahib Zülfüqarov, Elbəy Qədirov, Amlet Xankişiyev və Niyal Tağıyevin cinayət işi üzrə məhkəmə başlayıb. Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı dekabrın 18-nə təyin edilib.
İttihama görə, Vahib Zülfüqarov sevdiyi qızı qaçırmaq üçün dostları Elbəy Qədirov, Amlet Xankişiyev və Niyal Tağıyevlə birlikdə dəstə yaradıb. Dəstə üzvləri zorla Vahib Zülfüqarovun sevdiyi qızı zorla qaçırıblar. Qızın valideynləri Qobustan rayon Polis Şöbəsinə şikayət ediblər. Şikayət əsasında dəstə üzvləri həbs edilib.