Anasının 12 min manatını oğurladı <span style="color:red;">– BAKIDA
02 may 2018 12:41 (UTC +04:00)

Anasının 12 min manatını oğurladı – BAKIDA

0

Bakıda anasına məxsus külli miqdarda pulu oğurlamış qız tutulub. Lenty.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 1-də Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə ərizə ilə müraciət edən Bakı şəhər sakini M.Şirinova bir gün əvvəl mənzilindən  12.000 manat pulunun və qızıl-zinət əşyalarının oğurlandığını bildirib. 

 

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri ilə oğurluğun ev sahibinin qızı tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, polis əməkdaşları tərəfindən saxlanılıb.

 

İ.Hüseynova izahatında törətdiyi cinayət əməlini etiraf edib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 221

Oxşar yazılar