Qısqanclıqdan arvadını öldürün şəxs <span style="color:red;">MƏHKƏMƏ QARŞISINDA
08 oktyabr 2015 12:57 (UTC +04:00)

Qısqanclıqdan arvadını öldürün şəxs MƏHKƏMƏ QARŞISINDA

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını qətlə yeriməkdə təqsirli bilinən Ağdaş rayon sakini, 1984-cü il təvəllüdlü Musayev Vüsal Niyazi oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxs cinayət işində adı çəkilən, amma tapılmayan Tural adlı şəxsin tapılmasını və məhkəməyə şahid qismində dəvət edilməsini, həyat yoldaşı ilə telefon danışıqlarının məhkəməyə təqdim edilməsini istəyib. Hakim bu vəsatətə məhkəmə baxışında baxılacağını bildirib. Məhkəmə baxışı oktyabrın 13-nə təyin edilib.

 

Qeyd edək ki, qətl bu  aprelin 28-də Sabunçu rayonunda baş verib. Gecə 03 radələrində Zabrat qəsəbəsinin X.Vəliyev küçəsində 1985-ci il təvəllüdlü Musayev Vüsal Niyazi oğlu həyat yoldaşı, 1986-cı il təvəllüdlü Məmmədova Zakirə Zakir qızını bıçaqlayaraq qətlə yetirib. 30 yaşlı V.Musayev 29 yaşlı xanımının sinə nayihəsinə 2 ağır xəsarət yetirib. Qadın hadisə yerindəcə keçinib.

Bildirilir ki, qətl hadisəsi qısqanclıq zəminində törədilib.

Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində V. Musayev saxlanılıb. Ona Cinayət Məcəllləsinin 120.1 ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 327

Oxşar yazılar