Qəbiristanlığa basdırılmış silah çıxarıldı <span style="color:red;">- FOTO
16 mart 2018 13:26 (UTC +04:00)

Qəbiristanlığa basdırılmış silah çıxarıldı - FOTO

0

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir. Xidmətdən Lent.az-a daxil olan məlumata görə, Penitensiar Xidmətin Baş idarəsinin əməliyyat aparatının, Daxili İşlər Nazirliyinin Baş Cinayət-axtarış İdarəsinin və Sumqayıt şəhər Baş Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində hazırda həbsdə olan təqsirləndirilən şəxs Qurbanov İbrahim Fəxri oğlu tərəfindən Corat qəsəbəsi ərazisində torpağa basdırılaraq gizlədilmiş 1 ədəd Makarov tipli PM markalı tapança aşkar edilərək götürülüb.

 

Fakt üzrə Sumqayıt şəhər Baş Polis İdarəsinin 1-ci polis bölməsi tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 207

Oxşar yazılar