Gecə saatlarında Qəbələ rayonunda zəncirvari yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, saat 23 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun 48-ci kilometrliyində Qabil Əliyevin idarə etdiyi "Audi" ilə Səməndər Paşayevin sürdüyü "T-40" markalı traktor toqquşub. Daha sonra Q.Əliyevin idarə etdiyi avtomobil Vasif Əfəndiyevin sürdüyü "Mercedes"ə çırpılıb.
Qəza nəticəsində "Audi"də olan sərnişin, 1978-ci il təvəllüdlü Mütəllimov Mübariz Nemət oğlu müxtəlif dərəcəli bədən xəsarətlərialıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.