Qazaxda mənzildə partlayış baş verib. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayonun Aslanbəyli kəndində yaşayan Abdulla Qasımovun evində təbii qazın sızmasından ani partlayış baş verib.
Nəticədə evin pəncərə çərçivələri dağılıb. Xəsarət almış A. Qasımov xəstəxanaya yerləşdirilib.