Bakıda evdən oğurluq edilib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 1-nə keçən gecə Bakı şəhər sakini Miyad Abıyevin evindən qapının qıfılını sındırmaq yolu ilə 650 manat dəyərində gümüş əşyalar oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ramil Mütəllimov tutulub.
Araşdırma aparılır.