Daxili İşlər Nazirliyi Sumqayıtda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 13-də saat 17 radələrində Sumqayıt şəhərində şəhər sakinləri Saday Əsədovun idarə etdiyi "Mercedes" və Xıdır Əliyevin idarə etdiyi "Opel" markalı avtomobillər toqquşub, S.Əsədov idarəetməni itirdiyindən yolun kənarında dayanmış həmyerliləri Sevil Əmirovanı, qızları Sevinci və İlahəni vurub. Sevil Əmirova hadisə yerində ölüb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
*****
11:07
Dünən Sumqayıtda baş vermiş ağır yol qəzasının təfərrüatları məlum olub. Lent.az-ın məlumatına görə, Nərimanov və Azərbaycan prospektlərinin kəsişməsində "Opel" və "Mercedes" markalı minik avtomobilləri toqquşandan sonra ikinci nəqliyyat vasitəsi piyada keçidindən keçən qadınları vurub. Nəticədə həmin qadınlardan biri vəfat edib, digər ikisi isə ağır yaralanıb.
Hadisə yerindən çəkilmiş fotoları sumqayıtxəbər.com-a istinadən təqdim edirik.
*****
10:17
Sumqayıtda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Nərimanov prospektində "Mercedes" və "Opel" markalı iki minik avtomobili toqquşub. Bu qotxunc toqquşma nəticəsində avtomobillərdə olan şəxslərdən 54 yaşlı qadın aldığı xəsarətlərdən vəfat edib. 30 və 27 yaşlı iki qadın isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.