Bakıda soyğunçuluqla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 15-də Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində naməlum şəxs qəsəbə sakini Şəlalə Xasıyevaya zor tətbiq edərək çantasını almağa cəhd göstərib.
Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elxan Nuriyev tutulub.