Bakıda mobil telefon oğurlamış şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən sentyabrın 23-də Bakı şəhər sakini Ruhanə Quliyevanın çantasından mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Kənan İsmayılov tutulub.
Araşdırma aparılır.