Qadını fotoları ilə şantaj etdilər <span style="color:red;">– YEVLAXDA
18 aprel 2018 12:08 (UTC +04:00)

Qadını fotoları ilə şantaj etdilər – YEVLAXDA

0

Yevlaxda qadını şantaj edən şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Yevlax şəhər sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək  aprelin 12-də və 13-də Seymur adlı şəxsin onun şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək 150 manat pulunu və qızıl boyunbağısını aldığını bildirib.

 

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Seymur Əzizov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 351

Oxşar yazılar