Sumqayıt şəhərinda quldurluq hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 22-də şəhər sakini olan bir qadını döyərək pulunu almaqda şübhəli bilinən şəhər sakinləri Tural Abbasov və Kərim Rəhimli saxlanılıblar.
Faktla əlaqədar cinayət işi başlanıb.