Qaçırdığı avtomobillə 20 yaşlı gənci öldürmüşdü - Bu gün hökm oxunub
24 iyul 2019 15:37 (UTC +04:00)

Qaçırdığı avtomobillə 20 yaşlı gənci öldürmüşdü - Bu gün hökm oxunub

0
 
 
Bakı Ağır Cinayətlər Məhkəməsində tələbənin ölümünə səbəb olan sürücü Tural Rəsulovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
 
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən T.Rəsulov 6 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, hadisə bu ilin aprel ayında baş verib.
 
Azərbaycan Texniki Universitetinin III kurs tələbəsi, 1999-cu il təvəllüdlü İlkin Bəxtiyar oğlu Şahbazi “Chrysler” markalı avtomobillə vurulub. Piyada aldığı xəsarət nəticəsində ölüb. Hadisəni törətməkdə şübhəli bilinən Rəsulov Tural Söhbət oğlu olub.
 
Məlum olub ki, o bu maşını Bakı Əyləncə Mərkəzinin dayanacağından həmin gün saat 12.00-da qaçırıb. Hadisə isə saat 13.50-də baş verib.
 
50 DC 346 dövlət nömrə nişanlı “Chrysler” markalı avtomobilin sahibi isə  23 yaşlı Vəliyev Samir Əmirxan oğludur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 830

Oxşar yazılar