Prokurorluqdan “Ayna-Zerkalo”nun redaksiyasındakı axtarışla bağlı <span style="color:red;">RƏSMİ MÖVQE  - <span style="color:red;">YENİLƏNİB
01 may 2014 13:37 (UTC +04:00)

Prokurorluqdan “Ayna-Zerkalo”nun redaksiyasındakı axtarışla bağlı RƏSMİ MÖVQE - YENİLƏNİB

0

Baş Prokurorluq “Ayna-Zerkalo” qəzetinin redaksiyasında aparılan axtarışa rəsmi münasibət bildirib.


 

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, Yasamal Rayon Məhkəməsinin qərarı əsasında qəzetinin redaksiyasında axtarış aparılaraq oradan iş üçün əhəmiyyət kəsb edən sənədlər və əşyalar müvafiq qaydada maddi sübut kimi götürülüb.

 

Xatırladaq ki, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı mətbuata açıqlama verərək qəzetin redaksiyasında prokurorluq tərəfindən axtarış aparıldığını və ona məxsus kompüterin də əməliyyatçılar tərəfindən götürüldüyü deyib. E. Şıxlı axtarışın qəzetin dövlətə xəyanətdə ittiham olunaraq həbs edilən əməkdaşı Rauf Mirqədirovun həbsi ilə bağlı olduğunu söyləyib.

 

Qeyd edək ki, R. Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1054

Oxşar yazılar