Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Oqtay Mayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrlik etdiyi prosesdə hal şahidləri və zərərçəkmiş şəxsin nümayəndələri çıxış edib. Məhkəmə istintaqı bununla başa çatıb. Söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında Oqtay Mayılovun 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini məhkəmədən istəyib.
Məhkəmə prosesi fevralın 5-də davam etdiriləcək.
Qeyd edək ki, Oqtay Mayılov ötən ilin yayında Sabunçu qəsəbəsində 9 yaşlı oğlanı (ad şəri verilib) zorlayıb. Həmin vaxt azyaşlı siqaret çəkirmiş. Oqtay azyaşlını siqaret çəkməsini onun anasına deyəcəyi ilə hədələyib və 9 yaşlı oğlanı gizli yerə apararaq zorlayıb.
Oqtay Mayılov Cinayət Məcəlləsinin 150.1-ci (zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə itiham edilib.