<b>Prezident Şəkidə körpü tikintisinə 4 milyon ayırdı</b>
17 avqust 2016 18:15 (UTC +04:00)

Prezident Şəkidə körpü tikintisinə 4 milyon ayırdı

0

Prezident İlham Əliyev Şəki rayonunun ərazisində Kiş çayı üzərində körpünün bərpası haqqında sərəncam imzalayıb.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, yeddi min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 4,0 (dörd) milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamın nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar