Polisin məsciddən şəhidlərin plakatını sökməsi yalan çıxdı - <span style="color:red;">AÇIQLAMA
09 sentyabr 2019 16:37 (UTC +04:00)

Polisin məsciddən şəhidlərin plakatını sökməsi yalan çıxdı - AÇIQLAMA

0

Bakıda polisin “Qərib Pir” məscidinin divarından Milli Qəhrəman Mübariz İbrahimovun və digər şəhidlərin plakatını sökməsi barədə bəzi mətbuat orqanlarında, sosial şəbəkələrdə məlumatlar yayılıb. Bildirildiyinə görə, polislərin tapşırığından sonra dindarlar fotoları söküblər.

 

“Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakının Şağan qəsəbəsində fəaliyyət göstərən “Qərib Pir” məscidində Azərbaycan şəhidlərinin fotoları əks olunan plakatları sökməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir”.

 

Bu barədə Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, iddialar polisə qarşı təxribatdır, orda plakatların polis tərəfindən sökülməsi ilə bağlı hər hansı göstəriş olmayıb, yalandır: “Bu qərəzli məlumatı yayanlar nəzərə alsınlar ki, polis bu xalqın övladlarıdır, vətən uğrunda canı fəda edən şəhidlərimizin xatirəsi bizim üçün də əzizdir, müqəddəsdir”.

Mehman Nəbiyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1152

Oxşar yazılar