Polis sevgilisi ilə qaçan qız özünü niyə öldürüb? - <span style="color:red;">TƏFƏRRÜAT
17 noyabr 2017 14:17 (UTC +04:00)

Polis sevgilisi ilə qaçan qız özünü niyə öldürüb? - TƏFƏRRÜAT

0
Bir neçə gün öncə valideynləri tərəfindən zorla ərə verildiyi üçün intihar etdiyi deyilən 22 yaşlı qızın ölümü ilə bağlı detalları məlum olub.
 
Məlumata görə, 1995-cü il təvəllüdlü Xalidə Vəliyeva noyabrın 12-də paytaxtın Qara Qarayev prosektindəki 16 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü ataraq intihar edib.
 
Lent.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, mərhum X.Vəliyevanın anası Validə Vəliyeva bildirib ki, qızının onlar tərəfindən zorla ərə verilməsi yalandır:
 
“Qızım Xalidə noyabrın 12-də Quliyev Balakişi Eldəniz oğlu ilə qaçıb. Onlar birlikdə Balakişinin “Mercedes” markalı maşını ilə Şamaxıdan Bakıya gediblər. Qızım həmin gün saat 11:11-də böyük bacısına “SMS” yazaraq “Dadaş”la qaçdığını, şəxsiyyət vəsiqəsini də özü ilə götürdüyünü yazmışdı. Oğlanın ləqəbi “Dadaş”dır.
 
 
 
Həmin gün də saat 16:45-də ölüm xəbəri gəldi. Qızım demişdi ki, öz razılığı ilə Balakişi ilə gedib və nikah bağlayacaqlar. Burda başqa bir söhbət olmayıb”.
 
V.Vəliyeva qeyd edib ki, qızını qaçıran 1983-cü il təvəllüdlü B.Quliyev əslən Şamaxıdan olsa da, Bakının Nizami Rayon Polis Şöbəsində işləyir: “Hadisədən sonra onun da izahatı alınıb buraxılıb. Nə Balakişi, nə də ailəsi bizə gəlib . Hadisə də necə olub bilmirik. Yalandan mətbuata məlumat ötürülüb ki, guya biz qızımızı zorla ərə vermişik deyə intihar edib”.
 
V.Vəliyeva bildirib ki, B.Quliyevlə qızı məktəbdən tanış olublar: “Mən Şamaxıda müəllim işləyirəm, Balakişiyə də dərs demişəm. Çoxdandır bir-birilərini istəyirdilər”. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 365

Oxşar yazılar