Polis rəisi təyin olunan şəxslər kimin oğludur - <span style="color:red;">ARAYIŞ
10 iyul 2014 16:07 (UTC +04:00)

Polis rəisi təyin olunan şəxslər kimin oğludur - ARAYIŞ

0

Daxili işlər naziri Ramil Usubov tərəfindən polis bölmə rəisi vəzifəsinə təyin olunan şəxslərlə bağlı bəzi maraqlı məqamlar üzə çıxıb. Lent.az-ın milli.az-a istinadən verdiyi məlumata görə, Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə rəis vəzifəsinə təyin olunan Murad Hüseynov Xocalı uğrunda gedən döyüşlərdə canını qurban vermiş Milli Qəhrəman Tofiq Hüseynovun oğludur. Xocalı şəhərində anadan olmuş T. Hüseynov hərbi hazırlıq müəllimi işləyib, kapitan rütbəsinə qədər yüksəlib. O, 1991-ci ildə Xocalı özünü müdafiə taborunun komandiri olub, “Mixaylo” ləqəbi ilə tanınıb. Döyüşlərdə böyük şücaət göstərən T.Hüseynov 1992-ci il fevralın 26-da Xocalının işğal günü düşmənlə sona qədər vuruşub, sonda qumbara ilə özünü partladaraq 10 nəfərə yaxın ermənini də məhv edib. Onun həyat yoldaşı da Qarabağ döyüşlərində şəhid olub. 

 

 

Digər təyinata gəlincə, R. Usubovun əmri ilə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin rəis müavini Turavi Paşayev Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə rəis təyin edilib.

T.Paşayev Daxili İşlər Nazirliyinin məşhur simalardan biri olan Şahmar Paşayevin oğludur. O, Bakı Şəhər Baş Polis İdarəsində rəis müavini olub. Son iş yeri isə Şamaxı Rayon Polis Şöbəsinin rəisi vəzifəsi olub. Bir müddət əvvəl nazirə raport yazaraq, səhhəti ilə bağlı işdən azad olunmasını istəmişdi. Şahmar Paşayev Şamaxının rəisi olmamışdan öncə Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavini, rəisi, Xətai rayonunun 34, 37-ci bölmələrinin rəisi, Yasamal Polis İdarəsinin, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində çalışıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7512

Oxşar yazılar