Pilləkandan yıxılan kişi dünyasını dəyişdi - [b]Göygöldə[/b]
08 iyun 2017 01:30 (UTC +04:00)

Pilləkandan yıxılan kişi dünyasını dəyişdi - [b]Göygöldə[/b]

0

Göygöl sakini bədbəxt hadisə nəticəsində ölüb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

 

İyunun 4-də yaşadığı evin pilləkanından yıxılaraq kəllə beyin travması alan 1952-ci il təvəllüdlü Cumaxoca Cabbarov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Bir neçə gün müalicə olunan 65 yaşlı kişi bu gün dünyasını dəyişib.

 

Məlumata görə,  C. Cabbarov milliyətcə türkməndir. O 20 il əvvəl Göygöl rayon Üçtəpə kəndində ailə quraraq orada yaşayır.

 

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar