Özünü binadan atmaq istəyən şəxs xilas edilib - <span style="color:red;">Bakıda  - <span style="color:red;">YENİLƏNİB
06 sentyabr 2016 14:05 (UTC +04:00)

Özünü binadan atmaq istəyən şəxs xilas edilib - Bakıda - YENİLƏNİB

0

 

Fövqəladə Hallar Nazirliyi Yasamalda bir nəfərin intihara cəhd etməsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda bir nəfərin beşmərtəbəli binanın damına intihar etmək məqsədi ilə çıxması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və aparılmış psixoloji söhbət nəticəsində vətəndaş aşağı endirilərək aidiyyati üzrə təhvil verilib.

 

Əməliyyat saat 12:50-də başa çatıb. 

 

***

 

13:25

 

Bakıda özünü binadan atmaq istəyən şəxs xilas edilib.

 

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, şəxsiyyəti hələlik açıqlanmayan şəxs Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşlarının səyi nəticəsində binanın damından düşürülüb. İntihara cəhd edən şəxs izahatı alınmaq üçün polisə aparılıb.

 

Şahidlərin dediyinə görə, binanın damına çıxaraq intihar etmək istəyən şəxsin əlində içərisində benzin olan butulka da olub.

 

Faktla bağlı araşdırma aparılır.

 

***

 

Saat: 12.44

 

Bakıda gənc oğlan intihar edəcəyini bildirib.

 

Şahidlərin APA-ya verdiyi məlumata görə, metronun Elmlər Akademiyası stansiyası ilə üzbəüz, Hüseyn Cavid prospekti 30 ünvanında beşmərtəbəli binanın damına çıxan oğlan özünü binadan atacağını deyib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Hazırda intihar etmək istəyən şəxslə danışıqlar aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 429

Oxşar yazılar