Özündən 13 yaş böyük həmkəndlisini öldürən gənc<span style="color:red;"> MƏHKƏMƏ QARŞISINDA
15 dekabr 2014 16:57 (UTC +04:00)

Özündən 13 yaş böyük həmkəndlisini öldürən gənc MƏHKƏMƏ QARŞISINDA

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Xaçmaz rayon sakini, 1991-ci il təvəllüdlü Səfər Teymurovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı dekabrın 18-nə təyin edilib

Qeyd edək ki, qətl hadisəsi bu il avqustun 13-də Xaçmaz rayonun Qaraqutdu kəndində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü Məzahir Əliməmmədov bıçaqlanaraq öldürülüb. Qətli törətməkdə şübhəli bilinən Xaçmaz rayonu Çığatay kənd sakini, 1991-ci il təvəllüdlü Səfər Teymurov həbs edilib.
O, istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib. Səfər Teymurov bildirib ki, mərhumla şəxsi münasibətlər zəminində mübahisəsi baş verib. Onun ifadəsinə görə, mübahisə nəticəsində qanlı cinayət hadisəsi baş verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 319

Oxşar yazılar