Orxan Zeynalov “Ded Xasan”ın sürücüsü ilə eyni kamerada saxlanılır
16 noyabr 2013 12:18 (UTC +04:00)

Orxan Zeynalov “Ded Xasan”ın sürücüsü ilə eyni kamerada saxlanılır

0

Rusiyanın paytaxtı Moskvanın Biryulevo rayon sakini Yeqor Şerbakovun qətlində ittiham olunan Azərbaycan vətəndaşı Orxan Zeynalov  “Ded Xasan” ləqəbli Aslan Usoyanın sürücüsü Denis Paninlə eyni kameraya yerləşdirilib. Lent.az-ın Life News”a istinadən verdiyi məlumata görə, adları səs-küylü işlərdə hallandırılan hər iki şəxs  “Matrosskaya Tişina” kimi tanınan istintaq təcridxanasında saxlanılır.

Xüsusi kontingent üçün nəzərdə tutulan ikimərtəbəli binanın üst qatında onlar 3X5 metr ölçülü kiçik otaqda başqa 2 nəfərlə birgə qalır. Həmin şəxslərdən biri qətldə şübhəli bilinən Hərbi Dəniz Donanmasının sabiq polkovniki Vadim Tumanovdur. Kamerada bir ədəd ikiyaruslu və iki ədəd adi çarpayı yer alıb. Sol küncdə kərpic hörgü ilə aralanmış unitaz və duş da var. Hər gün onlar həyətə təmiz hava almaq üçün düşürlər. Bunun üçün bir saat vaxt ayrılıb.

35 yaşlı Denis Panin regional mütəşəkkil cinayətkar qrupun liderlərindən biri və Lipetsk vilayətində Çaplıgin şəhərinə baxan Aleksandr Abbası oğurlamaqda şübhəli bilinir. Məhkəmə materiallarına əsasən, Panin bu cinayəti 2011-ci ilin dekabrında Moskvada törədib. O, il yarım sonra ələ keçirilib. Əməliyyatçılar “Ded Xasan”ın sürücüsünün mənzilinə girərək, onu qandallayıblar. Mütəşəkkil cinayətkar qrup liderinin oğurlanaraq öldürülməsində “Ded Xasan” klanından “qanuni oğru”, 38 yaşlı Artyom Arakelyan da şübhəli bilinir. Onu isə avqustda tutublar.

Qeyd edək ki, Orxan Zeynalov oktyabrın 10-da saxlanılıb. Ona qarşı 2 aylıq həbsqətimkan tədbiri seçilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4399

Oxşar yazılar