Ordumuz itki verməyib - RƏSMİ
15 yanvar 2016 13:53 (UTC +04:00)

Ordumuz itki verməyib - RƏSMİ

0

“Ermənistan elektron kütləvi informasiya vasitələri Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə növbəti dəfə yalan məlumat yayıblar”.

 

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

 

Qeyd olunub ki, düşmən tərəfi ictimaiyyəti çaşdıran və həqiqətə uyğun olmayan bu cür xəbərləri yaymaqla gələcək təxribatları üçün zəmin yaratmaq məqsədi daşıyır: “Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib və qoşunların təmas xəttində əməliyyat şəraitinə tam nəzarət edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 351

Oxşar yazılar