Goranboyda ağır yol qəzası baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Goranboy şəhərində rayon sakini Rəşad Həsənovun və Kəlbəcər rayon sakini Nurəli Aslanovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. Nəticədə R.Həsənovun atası Mahir Həsənov xəstəxanaya yerləşdirilib və orada ölüb.
Goranboy RPŞ tərəfindən araşdırma aparılır.