Oğul anası ilə birgə atasını öldürdü-<span style="color:red;">DƏHŞƏTLİ QƏTLİN ÜSTÜ AÇILDI
27 mart 2015 22:13 (UTC +04:00)

Oğul anası ilə birgə atasını öldürdü-DƏHŞƏTLİ QƏTLİN ÜSTÜ AÇILDI

0

Ötən il yanvar ayında Xaçmaz rayonunda baş verən dəhşətli qətlin üstü açılıb. Qətlin üstü Xaçmaz polisinə daxil olan əməliyyat məlumatlarına əsasən açılıb.

 

 

ANS PRESS-in məlumatına görə, araşdırmalar zamanı 2014-cü il yanvar ayından itkin düşən 44 yaşlı Bünyat Seyidovun həyat yoldaşı 39 yaşlı Şamama Seyidova və oğlu 18 yaşlı Əmir Seyidov tərəfindən öldürüldüyü məlum olub.

 

 

Bünyat Seyidov təklülə tüfənglə qətlə yetirildikdən sonra həyat yoldaşı və oğlu tərəfindən xalçaya bükülərək həyətdə yerləşən tualetin quyusuna atılıb. Qətldə təqsirli bilinən hər iki şəxs həbs edilib.

Xaçmaz prokurorunun müavini İlkin Bağırovun bildirdiyinə görə, hadisənin üstü mərhumun qardaşlarının itkin düşməsi ilə bağlı müraciəti ilə əlaqədar aparılan araşdırmalar zamanı açılıb.

 

Oğul qətli törətdiyini boynuna alsa da, mərhumun həyat yoldaşı qətldən xəbərsiz olduğunu bildirib.

 

39 yaşlı Şamama Seyidova hadisə baş verən zaman qonşuda çörək bişirdiyini bildirib. Onun sözlərinə görə, evə gələrkən oğlunun ərini evə apardığını görüb.

 

Şamama Seyidova bildirib ki, oğlunun əlində olan tüfəngdən ehtiyatsızlıq səbəbindən atəş açılıb və nəticədə əri Bünyat Seyidov aldığı güllə yarasından ölüb. Ana oğlunun həbs olunacağından qorxaraq hadisəni gizlətdiyini deyib. Ş.Seyidova qətli gizlətmək üçün rayonda yayıb ki, onun əri Rusiyaya gedib.

 

18 yaşlı Əmir Seyidov isə hadisəni törətdiyini etiraf edib. Ə.Seyidov atasının hər gün içkili halda olduğunu və onları döydüyünü bildirib.

 

Faktla bağlı cinayət işi açılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 259

Oxşar yazılar