O qapıda “Vağzalı” çalınacaqdı – <span style="color:red;">Şəhid əsgərin dəfn yerindən
03 iyun 2014 17:57 (UTC +04:00)

O qapıda “Vağzalı” çalınacaqdı – Şəhid əsgərin dəfn yerindən

0

Qarabağ müharibəsi başlayandan bəri mərhum əsgərin əmisi, dayısı və daha bir neçə yaxın qohumu şəhid olub.

Kəlbəcər rayonundan məcburi köçkün olan ailə Tərtər rayonunda məskunlaşıb. 9 ay öncə Naxçıvanda xidmətə başlayan Zaur iyunun 2-də ermənilərin atəşkəsi pozması nəticəsində düşmən gülləsinə tuş gəlib. APA TV-nin xəbərinə görə, başından aldığı güllə yarasından ölən şəhidlə vida mərasimi ailənin yaşadığı Xırdalan qəsəbəsində keçirilib.

 

Həsənovlar ailəsi yasa batmışdı. Halbuki 10 gün sonra ailənin böyük oğlu Raminin toyu olacaqdı. Elə Zaur da ölümündən bir neçə saat əvvəl ailəsi ilə danışaraq, toyda iştirak edəcəyini demişdi. 

 

Ramin Həsənov qardaşı ilə fəxr etdiyini deyir: "Ağır itkidir. Amma neynəmək olar? 10 gün sonra toyum idi, toyuma gələcəkdi. Həmişə deyirdik ki, postda xidmət edə bilməsə, aşağı düşürək. Deyirdi, yox, düşsəm deyərlər, Zaur qorxdu".

 

Üç qardaşın kiçiyi olan Zaur əsgərliyə getməzdən əvvəl yaxınlarına şəhid olacağını da deyib.

 

Şəhid əsgərlə vida mərasimində Müdafiə Nazirliyinin nümayəndələri, hərbçilər, mərhumun yaxınları iştirak edib. Mərasim başa çatdıqdan sonra şəhidin cənazəsi fəxri qarovulun və böyük izdihamın müşayiəti ilə Xırdalan qəbrstanlığına yola salınıb. Dəfn zamanı rituallara uyğun olaraq havaya atəş açılıb, dövlət himni səsləndirilib. Tabut üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə saxlanılması üçün şəhidin atasına təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6530

Oxşar yazılar