“Mən öləndə tabutum qapıdan yox, pəncərədən çıxacaq”. Bu sözləri bu gün dünyasını dəyişən Musiqili Teatrın aktrisası, əməkdar artist Xanım Qafarova ötən aylarda Lent.az-a müsahibəsində demişdi. O, sanki hər şeyi öncədən hiss edirdi. Dediyi kimi də oldu. Lent.az-ın əməkdaşı mərhum sənətkarın yas mərasimində bu məqama xüsusi diqqət yetirib. Cənazəni yudurdub tabutla yaşadığı mənzilin önünə gətiriblər. Lakin aktrisanın tabutunun yaşadığı evə daxil olması mümkünsüz olduğundan mərhumun cənazəsi mənzilin qarşısında, həyətdə qoyulub. Məhz orada da mərhum sənətkarın doğmaları, yaxınları onunla vidalaşıblar.