Nurəddin Mehdixanlıdan qızına <span style="color:red;">SƏRT CAVAB:  <b> “Yarıçılpaq gəzən...”</b>
07 iyun 2014 13:39 (UTC +04:00)

Nurəddin Mehdixanlıdan qızına SƏRT CAVAB: “Yarıçılpaq gəzən...”

0

Aktrisa və aparıcı Kəmalə Quliyevanın  Nurəddin Mehdixanlının qızı olmasını sübut edən sənəd paylaşandan sonra xalq artisti məsələyə aydınlıq gətirib. Lent.az-ın məlumatına görə, N.Mehdixanlı yenə də qızından dolyasıyla imtina edib:

“Bir neçə gündür ki, mətbuatda mənə qarşı mənəvi terror mexanizmi işə salınıb.  Buna səbəb Kəmalə Quliyevanın dekoltedə şəkil çəkdirərək, xəbərin başlığında həmin adamın mənim qızımın olduğu qeyd etməsidir. Özünü yarıçılpaq şəkillərlə təqdim edən və bu əməliylə fəxr edən hər kim olursa olsun, mənim qızım ola bilməz. Özünə Nurəddin Mehdixanlının qızıyam deyən şəxs, bu cür qəbul edilməz hərəkətə yol verə bilməz. Qəti şəkildə buna etiraz edirəm. Kəmalə Quliyeva bu etirazı gözlüyürmüş ki, bütün saytlara müsahibə verməyə başlayıb. Keçmişdə hər kəsin səhvi ola bilər. Amma 58 yaşlı bir sənət adamını, ömrünü, həyatını sənətə həsr eləmiş birini mənəvi terror vasitəsi qətlə yetirmək nə dərəcədə doğrudur? Hər kim olursa, olsun. Mən ona qızım deyə bilmərəm. Mənim qızım belə olmamalıdır. Məgər mən səhv etmişəm? Qətiyyən. Mən bu məsələdə özümü haqlı sayıram. Mən Kamran Quliyevdən soruşuram. Sən Kəmalə Quliyevan qardaşı olaraq onun bu cür çılpaq şəkillərini qəbul edirsənmi? Bəlkə də sən qəbul edirsən. Amma mən yox. Heç vaxt da etməyəcəm. Hər kəsin səhvi ola bilər. Artıq 30 ildən artıqdır ki, o sənədlər sizin və mənim həyatımda nələrisə dəyişdirmək qüdrətində deyil. 30 il ərzində nə mən sizi görmüşəm, nədə ki, siz məni. Bəlkə də Kəmalə Quliyeva nələrəsə ümid edirdi, amma o bütün körpüləri uçurtdu. Heç bir qız, lap sevmədiyi atasına belə, bu təhqirləri yaşatmazdı”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7988

Oxşar yazılar