Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, oktyabrın 25-də saat 21 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsində Goradil qəsəbə sakini Pərviz Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Sabir Cəlilovu vurub. Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.