Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, Binəqədi rayonu Novxanı qəsəbəsi ərazisində 1987-ci il təvəllüdlü Ələkbərov Orxan Hamlet oğlu idarə etdiyi "VAZ 21015" markalı avtomobillə yolu keçən piyadanı vurub. Ağır xəsarət alan piyada 6 saylı şəhər xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktl bağlı cinayət işi açılıb, araşdırma aparılır.