Nəqliyyat Nazirliyi “Azərbaycan Dəmir Yolları” QSC-nin bir qrup vətəndaşı məhkəməyə verib. Bu barədə Lent.az-a Bakı Apelyasiya Məhkəməsindən məlumat verilib.
Cavabdehlər qismində isə Məmmədov Taleh Rafiq oğlu, Bədəlova Təranə Nadir qızına və Babayev Malik Hüseynağa oğlunun adları qeyd olunur.
QSC vətəndaşlardan 54500 manat dəymiş ziyanın ödənilməsi tələb edir.
Vətəndaşların Nazirliyin tabeliyində olan səhmdar cəmiyyətə hansı formada ziyan vurması məlum deyil.