Nazir müavini Rauf Arifoğluna məktub yazıb <span style="color:red;">– MƏTN
31 may 2014 19:29 (UTC +04:00)

Nazir müavini Rauf Arifoğluna məktub yazıb – MƏTN

0

Daxili işlər nazirinin müavini Vilayət Eyvazov “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna məktub yazıb. Lent.az-ın musavat.com-a istinadən verdiyi xəbərə görə, məktub jurnalist Fərahim İlqaroğlunun işi ilə bağlı qeyd edilib. Məktubda deyilir: 

 

“Yeni Müsavat” qəzetinin müxbiri Qasımov Fərahim İlqar oğlunu döyən şəxsin müəyyən edilməsinə köməklik göstərilməsi barədə müraciətinizə baxılıb.

 

Bildiririk ki, F.Qasımovun döyülməsi faktı üzrə Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 maddəsi ilə cinayət işi başlanılmış və keçirilmiş istintaq-əməliyyat tədbirləri zamanı F.Qasımova xəsarət yetirmiş 1990-ci il təvəllüdlü Termişi Feyruz Heydərəli oğlu müəyyən edilərək tutulub. Hazırda cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində davam etdirilir”.

 

Qeyd edək ki, “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu qəzetin əməkdaşı Fərahim İlqaroğlu yaşadığı binanın qarşısında vəhşicəsinə döyüləndən sonra Daxili İşlər Nazirliyinə cinayətkarların həbs olunması üçün tədbir görülməsi xahişi ilə müraciət etmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1813

Oxşar yazılar