Narkotikdən ölən şəxslərlə bağlı<span style="color:red;"> RƏSMİ MƏLUMAT
28 fevral 2017 12:30 (UTC +04:00)

Narkotikdən ölən şəxslərlə bağlı RƏSMİ MƏLUMAT

0

Daxili İşlər Nazirliyi Bakıda narkotik vasitədən ölən şəxslərlə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, fevralın 27-də Yasamal rayonunun T.Şahbazi küçəsindəki evlərdən birində 2 nəfərin ölməsi ilə bağlı 27-ci Polis Bölməsinə əməliyyat məlumatı daxil olub.

 

Dərhal həyata keçirilən müvafiq tədbirlərlə məlumatda qeyd edilən mənzildə Bakı şəhər sakinləri Seymur Baxmalovun və Emil Hüseynovun narkotik vasitə qəbul edərək ölmələri müəyyən edilib.

 

Rayon Prokurorluğunda araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 303

Oxşar yazılar