Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddənin dövriyyəsində təqsirləndirilən Əmrah Mövludovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən Ə.Mövludov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il fevral ayında Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qusar rayon sakini Əmrah Mövludov tutulub. Həmin şəxsdən 9 kiloqram 250 qram marixuana götürülüb.
O, Cinayət Məcəlləsinin 234-cü (narkotik) maddəsi ilə ittiham olunub.