Narkotik alverçisinə 8 il həbs cəzası
20 sentyabr 2016 15:12 (UTC +04:00)

Narkotik alverçisinə 8 il həbs cəzası

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Cavid Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmü ilə C.Rzayev 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Rzayev Cavid Əlirza oğlu saxlanılıb.

 

Onun üzərindən 63.547 qram narkotik vasitə olan heroin aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 379

Oxşar yazılar