Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Samir Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə S.Abbasov 7 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, S.Abbasov Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik, külli miqdarda) maddəsi ilə ittiham olunub.